17 nömrəli müntəzəm marşrut xəttinin daşıyıcısı dəyişdirilib

10.12.2017

17 nömrəli müntəzəm marşrut xəttinin daşıyıcısı dəyişdirilib.Dəyişiklik edilməsinə səbəb, marşrut xətti üzrə sərnişindaşıma xidməti göstərəndaşıyıcının fəaliyyətinin qənaətbəxş səviyyədə olmaması, eyni zamanda,dəfələrlə edilən xəbərdarlıqlara məhəl qoymayaraq çatışmazlıqları aradanqaldırmamasıdır.

Məlumat üçün bildiririk ki, 17 nömrəli marşruta aid avtobuslarıngündəlik xətdə olarkən təsdiq edilmiş hərəkət sxeminə uyğun fəaliyyət göstərmədiyivə hərəkətin intensiv olduğu küçə və prospektlərdə geridönmə manevri edərkənyol hərəkəti qaydalarının kobud şəkildə pozulması müəyyən edilib. Bununlayanaşı, sərnişinlərdən 17 nömrəli marşrut xətti ilə bağlı “141” Çağrı Mərkəzinəçoxsaylı şikayətlər daxil olub. Qeyd edilən nöqsanlar barədə Agentliktərəfindən dəfələrlə marşrutun daşıyıcısına rəsmi və şifahi xəbərdarlıqolunmuş, o cümlədən “141 Çağrı Mərkəzi”nə daxil olan şikayətlər daşıyıcınınelektron ünvanına göndərilsə də, daşıyıcı tərəfindən heç bir ciddi tədbirgörülməyib.

Dəyişiklikdən sonra 17 nömrəli müntəzəm marşrut xətti üzrə“BakuBus” MMC-ə məxsus sərnişindaşıma ilə bağlı mövcud tələblərə tam cavabverən avtobuslar Bakı sakinlərinə xidmət edəcək. 17 nömrəli marşrut xəttininmüvəqqəti istismarının “BakuBus” MMC-ə həvalə edilməsi ilə nağdsız ödənişsisteminin əhatə dairəsi bir qədər də genişləndirilir. Dəyişiklik 16.12.2017tarixindən qüvvəyə minəcək. Bununla da nağdsız ödəniş sistemi ilə fəaliyyətgöstərən marşrut xətlərinin sayı 20 olacaq.

Qeyd edək ki, müntəzəm marşrut xətti üzrə sərnişindaşıma iləbağlı müəyyənləşdirilən tələblərə əməl etməyən, ən əsası avtobus bazasınıyeniləməyən və nağdsız ödəniş sisteminə keçməyən digər daşıyıcılar barəsində dəanaloji addımlar atılacaq.