Ziya Bünyadov prospektində hərəkət qismən məhdudlaşdırılacaq

04.05.2018

BNA və AAYDA-nın birgə məlumatı

Bakı şəhərində avtonəqliyyatvasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə, Ziya Bünyadovprospektinin “Çermet körpüsü“dən “20 Yanvar dairəsi”nədək olan hissəsində üfüqinişanlanma xətlərinin rənglənməsi ilə əlaqədar olaraq 4 may 2018-ci iltarixində axşam saat 22:00-dan etibarən hərəkət tam və ya qismənməhdudlaşdırılacaq. Tam məhdudlaşdırma prospektin həmin hissələrində olan körpüvə tunellərdə tətbiq olunacaq. Bu zaman hərəkət yan yollaraistiqamətləndirilərək təmin ediləcək. Prospektin digər hissələrində isəməhdudlaşdırma qismən tətbiq olunacaq. (Prospekt bağlı olmayacaq).

Rənglənmə işləri səhər saatlarınadəkyekunlaşdırılacaq.

Sürücülərdən sözügedən ərazidə hərəkətdəolarkən diqqətli olmaları və yol hərəkəti qaydalarına əməl etmələri xahişolunur.