BNA təkrar baş verən elektrik kəsintisi ilə bağlı zəruri tədbirlər həyata keçirib

04.07.2018
Təkrar baş verən elektirik kəsintisi ilə əlaqədar Bakı Nəqliyyat Agentliyi sərnişindaşıma və yollarda nəqliyyat vasitələrinin maneəsiz və təhlükəsiz hərəkətinin təmin edilməsi üçün zəruri tədbirlərin icrasına başlayıb.
Sərnişin sıxlığının qarşısının alınması üçün bütün zəruri tədbirlər görülür. İlkin olaraq bütün marşrut xətləri üzrə sərnişinlərin ödənişsiz daşınmasına göstəriş verilib. 
Yollarda hərəkətin təhlükəsizliyi üçün bütün sürücülərin ehtiyatlı olmaları və yol kəsişmələrində bir-birlərinə qarşı anlayışlı olmaları tövsiyə edilir.