"BakuBus” avtobuslarında tapılan 100-ə yaxın sənəd və əşya təhvil verilib

05.09.2018

Avqust ayında “BakuBus” MMC-yə məxsus avtobuslarda sərnişinlər tərəfindən unudulan (itirilən) 6 ədəd pulqabı, 5 ədəd  çanta, 4 nəfərə məxsus şəxsiyyət vəsiqəsi, 1 ədəd kompüter avadanlığı və 1 dəst  paltar sahibinə qaytarılıb. Həmçinin, sahiblərinə çatdırılması üçün 70 sənəd,  kart və əşya Bakı Şəhər Baş Polis İdarəsinə, 7 sənəd isə “Poçtap” xidmətinə təhvil verilib. 

Eyni zamanda, avqustda avtobuslarda tapılan Azər  Xanbaba oğlu Həsənli və  Hüsniyyə Mirbayram qızı İsmayılovaya məxsus şəxsiyyət vəsiqəsi, Fuad Gülağa oğlu  Piriyev, Namiq Faiq oğlu Salmanov, Tariyel Allahverdi oğlu Ağayev və Mirələsgər  Məmmədova məxsus iş kartı, Cəmilə Sarxaşovaya məxsus bank kartı, eləcə də İlqar  Əmirxan oğlu Ələkbərov və Əjdər Nuriyevə məxsus müxtəlif sənədlərin surətləri hazırda “BakuBus” MMC-dədir. Həmçinin,  içərisində Ulduz Qəhrəman qızı Verdixanovaya məxsus şəxsiyyət vəsiqəsi olan çanta və Tural Müşfiq oğlu Sadıqova məxsus şəxsiyyət vəsiqəsi olan pulqabı, eləcə  də sahibləri məlum olmayan əşyalar “BakuBus” MMC-də saxlanılır.

Vətəndaşlar “BakuBus” MMC-yə müraciət edərək  özlərinə məxsus sənəd və əşyaları təhvil ala bilərlər. 

Qeyd edək ki, “BakuBus” MMC avtobuslarda  sərnişinlər tərəfindən unudulan (itirilən) sənəd və əşyalara görə cavabdehlik  daşımır.