“BakuBus” avtobuslarında yanvarda tapılan sənəd və əşyalar

05.02.2019

Yanvar ayında “BakuBus” MMC-yə məxsus avtobuslarda sərnişinlər tərəfindən unudulan (itirilən) 11 ədəd çanta, 3 ədəd kitabça, 2 ədəd mobil telefon, 1 ədəd pulqabı və 1 ədəd bank kartı sahiblərinə təhvil verilib. Eyni zamanda, sahiblərinə çatdırılması üçün 18 sənəd, kart və əşya Bakı Şəhər Baş Polis İdarəsinə, 2 sənəd isə “Poçtap” xidmətinə təqdim olunub. 

Həmçinin, yanvar ayında avtobuslarda tapılan Elnaz Siracəddin qızı Şalbuzova, Məqsəd Vidadi oğlu Şahseynov və Rasim Mahmud oğlu Məmmədova məxsus şəxsiyyət vəsiqələri, Ənvər Elxan oğlu İsmayılov və Arif Novruz oğlu Mikayılova məxsus pasportlar, Şövkət Kamal qızı Cavadova və Tuqay Namiq oğlu Orucova məxsus tələbə biletləri, Aidə Akif qızı Tağıyeva, Dilarə İsa qızı Səmədova, Leyla Məmməd qızı Mirzəyeva və Murad Ceyhun oğlu Mirzəyevə məxsus iş kartları, Ruhiyya Ağayeva və Natiq Salayevə məxsus bank kartları, Ellada Rafael qızı Heydərovaya məxsus şagird kartı, Elşən İmanova məxsus elektron sağlamlıq kartı “BakuBus” MMC-dədir. Həmçinin, içərisində Təhniyyə Vyaçeslavovna qızı İzaulova və Yaşar Sadıq oğlu Feziyevə məxsus şəxsiyyət vəsiqələri olan pulqabılar, eləcə də sahibləri məlum olmayan əşyalar “BakuBus” MMC-də saxlanılır. 

Vətəndaşlar “BakuBus” MMC-yə müraciət edərək özlərinə məxsus sənəd və əşyaları təhvil ala bilərlər. 

Qeyd edək ki, “BakuBus” MMC avtobuslarda sərnişinlər tərəfindən unudulan (itirilən) sənəd və əşyalara görə məsuliyyət daşımır.