"BakuBus” avtobuslarında fevralda tapılan sənəd və əşyalar

07.03.2019

Fevral ayında “BakuBus” MMC-yə məxsus avtobuslarda sərnişinlər tərəfindən unudulan (itirilən) 12 ədəd çanta, 5 ədəd pulqabı,  3 ədəd mobil telefon, 2 nəfərə məxsus şəxsiyyət vəsiqəsi, 1 nəfərə məxsus iş kartı, 2 ədəd papaq, 1 ədəd gödəkçə tapılıb və sahiblərinə təhvil verilib.

Eyni zamanda, sahiblərinə çatdırılması üçün 13 sənəd “Poçtap” xidmətinə, 8 sənəd, kart və əşya isə Bakı Şəhər Baş Polis İdarəsinə təqdim olunub. 

Hazırda avtobuslarda tapılan Sevinc Hikmət qızı Abbasova, Qalina Fətulla qızı Ömərova, Eyzəngül Tərlan qızı Quliyeva, Nihad Tərlan oğlu Quliyev, Tərlan Qardaşəli oğlu Quliyev və Şamo İlqar oğlu Şahmuradova məxsus şəxsiyyət vəsiqələri, Mahir Rəhimova məxsus bank kartı, Əfsanə Məmmədovaya məxsus tibbi sənədlər, Dilarə Əliağa qızı Nadirova və Rəşad Cəfəroğlu Dünyamalıyev arasında bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsi “BakuBus” MMC-dədir. Həmçinin, içərisində Validə Əlibaba qızı Bağırlıya məxsus sənədlər olan çanta “BakuBus” MMC-də saxlanılır. Adları çəkilən şəxslər “BakuBus” MMC-yə müraciət edərək özlərinə məxsus sənəd və əşyaları təhvil ala bilərlər. 

Qeyd edək ki, “BakuBus” MMC avtobuslarda sərnişinlər tərəfindən unudulan (itirilən) sənəd və əşyalara görə məsuliyyət daşımır.