“BakuBus” avtobuslarında martda tapılan sənəd və əşyalar

11.04.2019

Mart ayında “BakuBus” MMC-yə məxsus avtobuslarda sərnişinlər tərəfindən unudulan (itirilən) 5 ədəd mobil telefon, 4 ədəd çanta, 2 ədəd pulqabı, 2 ədəd qovluq, 2 ədəd kitab, 2 ədəd qeyd dəftəri, 1 nəfərə məxsus şəxsiyyət vəsiqəsi və 1 nəfərə məxsus iş kartı tapılıb və sahiblərinə təhvil verilib.

Eyni zamanda, sahiblərinə çatdırılması üçün 10 nəfərə məxsus şəxsiyyət vəsiqəsi, 2 nəfərə məxsus tələbə bileti, 2 nəfərə məxsus iş kartı, 1 nəfərə məxsus pasport, 1 nəfərə məxsus sahibkarlıq uçotu haqqında şəhadətnamə, 1 nəfərə məxsus arayış və 1 ədəd daşınmaz əmlakın alqı-satqı müqaviləsi “Poçtap” xidmətinə təqdim olunub. Həmçinin, 5 ədəd çanta, 4 ədəd müxtəlif kart, 4 ədəd eynək, 3 ədəd pulqabı, 3 ədəd açar, 1 cüt sırğa və 1 şəkil Bakı Şəhər Baş Polis İdarəsinə təhvil verilib.

Sahibləri məlum olmayan, içərisində əsasən geyim olan çantalar və digər əşyalar “BakuBus” MMC-də saxlanılır. Vətəndaşlar şəxsiyyətini təsdiq edən sənədi təqdim etməklə özlərinə məxsus əşyaları “BakuBus” MMC-dən təhvil ala bilərlər.

Qeyd edək ki, sərnişinlər avtobuslarda unutduqları (itirdikləri) sənəd və əşyaların “BakuBus” MMC-yə daxil olub-olmaması barədə www.alo141.az saytından məlumat əldə edə bilərlər. “BakuBus” MMC-yə məxsus avtobuslarda tapılan sənədlərlə əşyaların şəkilləri və müvafiq məlumatlar saytda “İtirilən və tapılan əşyalar” bölməsində yerləşdirilir.

Onu da qeyd edək ki, “BakuBus” MMC avtobuslarda sərnişinlər tərəfindən unudulan (itirilən) sənəd və əşyalara görə məsuliyyət daşımır.