“BakuBus” MMC-yə məxsus avtobuslarda may ayı ərzində tapılan sənəd və əşyalar

19.06.2019
May ayı ərzində “BakuBus” MMC-yə məxsus avtobuslarda sərnişinlər tərəfindən unudulan (itirilən) 8 ədəd çanta, 5 ədəd mobil telefon, 4 ədəd pulqabı, 1 ədəd qovluq, 1 ədəd qeyd dəftəri və 1 ədəd açar sahiblərinə təhvil verilib. 
Eyni zamanda, sahiblərinə çatdırılması üçün 3 nəfərə məxsus şəxsiyyət vəsiqəsi, 1 nəfərə məxsus şəxsiyyət vəsiqəsi, 1 nəfərə məxsus tələbə bileti, 1 nəfərə məxsus diplom, 1 nəfərə məxsus vəsiqə, 1 nəfərə məxsus ambulator karta, 2 ədəd müqavilə, 1 ədəd bank çıxarışı, 1 ədəd göndəriş “Poçtap” xidmətinə təqdim olunub. 
Həmçinin, 8 ədəd pulqabı, 7 ədəd müxtəlif kart, 6 ədəd açar, 2 ədəd mobil telefon, 3 ədəd eynək, 1 ədəd qol saatı, 1 ədəd sırğa və 1 ədəd çətir Bakı Şəhər Baş Polis İdarəsinə təhvil verilib.
Sahibləri məlum olmayan, içərisində əsasən geyim olan çantalar və digər əşyalar “BakuBus” MMC-də saxlanılır. Vətəndaşlar şəxsiyyəti təsdiq edən sənədi təqdim etməklə, özlərinə məxsus əşyaları 3 ay müddətində “BakuBus” MMC-dən təhvil ala bilərlər. 
Qeyd edək ki, sərnişinlər avtobuslarda unutduqları (itirdikləri) sənəd və əşyaların “BakuBus” MMC-yə daxil olub-olması barədə www.alo141.az saytından məlumat əldə edə bilərlər. “BakuBus” MMC-yə məxsus avtobuslarda tapılan sənədlərlə əşyaların şəkilləri və müvafiq məlumatlar saytda “İtirilən və tapılan əşyalar” bölməsində yerləşdirilir. 
Onu da qeyd edək ki, “BakuBus” MMC avtobuslarda sərnişinlər tərəfindən unudulan (itirilən) sənəd və əşyalara görə məsuliyyət daşımır.