“BakuBus” MMC-yə məxsus avtobuslarda iyun ayı ərzində tapılan sənəd və əşyalar

09.07.2019
İyun ayı ərzində “BakuBus” MMC-yə məxsus avtobuslarda sərnişinlər tərəfindən unudulan (itirilən) 6 ədəd çanta, 5 ədəd pulqabı, 3 ədəd mobil telefon, 2 ədəd qovluq, 1 ədəd vəsiqə və 1 ədəd rəsm albomu sahiblərinə təhvil verilib. Eyni zamanda, sahiblərinə çatdırılması üçün 7 ədəd bank kartı, 2 nəfərə məxsus şəxsiyyət vəsiqəsi, 2 nəfərə məxsus pasport, 2 nəfərə məxsus vəsiqə, 2 ədəd etibarnamə və 1 nəfərə məxsus tələbə kartı “Poçtap” xidmətinə təqdim olunub. Həmçinin, 7 ədəd çanta, 6 ədəd açar, 6 ədəd eynək, 3 ədəd pulqabı, 1 ədəd mobil telefon, 1 ədəd “Bakcell” kartı, 1 ədəd nəfəs aparatı və 1 ədəd çətir Bakı Şəhər Baş Polis İdarəsinə təhvil verilib. Sahibləri məlum olmayan, içərisində əsasən geyim olan çantalar və digər əşyalar “BakuBus” MMC-də saxlanılır. Vətəndaşlar şəxsiyyəti təsdiq edən sənədi təqdim etməklə, özlərinə məxsus əşyaları 3 ay müddətində “BakuBus” MMC-dən təhvil ala bilərlər. Qeyd edək ki, sərnişinlər avtobuslarda unutduqları (itirdikləri) sənəd və əşyaların “BakuBus” MMC-yə daxil olub-olması barədə www.alo141.az saytından məlumat əldə edə bilərlər. “BakuBus” MMC-yə məxsus avtobuslarda tapılan sənədlərlə əşyaların şəkilləri və müvafiq məlumatlar saytda “İtirilən və tapılan əşyalar” bölməsində yerləşdirilir. Onu da qeyd edək ki, “BakuBus” MMC avtobuslarda sərnişinlər tərəfindən unudulan (itirilən) sənəd və əşyalara görə məsuliyyət daşımır.