“BakuBus” MMC-yə məxsus avtobuslarda sentyabr ayı ərzində tapılan sənəd və əşyalar

21.10.2019

Sentyabr ayı ərzində “BakuBus” MMC-yə məxsus avtobuslarda sərnişinlər tərəfindən unudulan (itirilən) 9 ədəd pulqabı, 6 ədəd çanta, 1 ədəd mobil telefon, 1 ədəd gödəkçə, 1 ədəd jaket, 1 ədəd Sim kart, 1 ədəd “BakıKart” və 1 nəfərə  məxsus şəxsiyyət vəsiqəsi sahiblərinə təhvil verilib. 

Eyni zamanda, sahiblərinə çatdırılması üçün 6 nəfərə məxsus şəxsiyyət  vəsiqəsi “Poçtap” xidmətinə təqdim olunub. 

Həmçinin, 9 ədəd pulqabı, 3 ədəd açar, 2 ədəd mobil telefon, 2 ədəd bank  kartı, 2 ədəd çətir, 2 ədəd eynək, 1 ədəd çanta, 1 ədəd bijuteriya üzük, 1 ədəd  Sim  kart, 1 ədəd qeyd dəftəri və 1 ədəd qulaqcıq Bakı Şəhər Baş Polis İdarəsinə təhvil verilib.

Sahibləri məlum olmayan, içərisində əsasən geyim olan çantalar və digər  əşyalar “BakuBus” MMC-də saxlanılır. Vətəndaşlar şəxsiyyəti təsdiq edən sənədi təqdim etməklə, özlərinə məxsus əşyaları 3 ay müddətində “BakuBus” MMC-dən təhvil ala bilərlər. 

Qeyd edək ki, sərnişinlər avtobuslarda unutduqları (itirdikləri) sənəd vəəşyaların “BakuBus” MMC-yə daxil olub-olması barədə www.alo141.az saytından  məlumat əldə edə bilərlər. “BakuBus” MMC-yə məxsus avtobuslarda tapılan sənədlərlə əşyaların şəkilləri və müvafiq məlumatlar saytda “İtirilən vətapılan əşyalar” bölməsində yerləşdirilir. 

Onu da qeyd edək ki, “BakuBus” MMC avtobuslarda sərnişinlər tərəfindən unudulan (itirilən) sənəd və əşyalara görə məsuliyyət daşımır.