“BakuBus” MMC-yə məxsus avtobuslarda noyabr ayı ərzində tapılan sənəd və əşyalar

10.12.2019

“BakuBus” MMC-yə məxsus  avtobuslarda sərnişinlər tərəfindən unudulan (itirilən) 7 ədəd çanta, 5 ədəd pulqabı, 2 ədəd mobil telefon, 1 nəfərə məxsus    şəxsiyyət vəsiqəsi, 1 nəfərə məxsus pasport, 1 ədəd açar və 1 ədəd pencək  noyabr ayı ərzində sahiblərinə təhvil verilib. 

Eyni zamanda, noyabr ayında avtobuslarda tapılan 2 nəfərə   məxsus şəxsiyyət vəsiqəsi, 2 nəfərə  məxsus tələbə bileti və 1 nəfərə məxsus hərbi  bilet sahiblərinə çatdırılması üçün “Poçtap” xidmətinə təqdim olunub. 

Həmçinin, 9 ədəd açar, 9 ədəd çətir, 3 ədəd pulqabı, 4  ədəd müxtəlif kart, 3 ədəd çanta, 2 ədəd mobil telefon,1 nəfərə məxsus  şəxsiyyət vəsiqəsi, 1 ədəd qovluq, 1 ədəd diplom, 1 ədəd qol saatı, 1 ədəd elektron  siqaret, 1 ədəd açarqabı, 1 ədəd telefonqabı və 1 ədəd eynək Bakı  Şəhər Baş Polis İdarəsinə təhvil verilib.

Sahibləri məlum olmayan, içərisində əsasən geyim olan  çantalar və digər əşyalar isə “BakuBus” MMC-də saxlanılır. Vətəndaşlar  şəxsiyyəti təsdiq edən sənədi təqdim etməklə, özlərinə məxsus əşyaları 3 ay  müddətində “BakuBus” MMC-dən təhvil ala bilərlər. 

Qeyd edək ki, sərnişinlər avtobuslarda unutduqları(itirdikləri) sənəd və əşyaların “BakuBus” MMC-yə daxil olub-olması barədə www.alo141.az saytından məlumat əldə edə bilərlər. “BakuBus” MMC-yə məxsus avtobuslarda tapılan sənədlərlə əşyaların şəkilləri və müvafiq məlumatlar saytda “İtirilənvə tapılan əşyalar” bölməsində yerləşdirilir. 

Onu da qeyd edək ki, “BakuBus”MMC avtobuslarda sərnişinlər tərəfindən unudulan (itirilən) sənəd və əşyalara  görə məsuliyyət daşımır.