“BakuBus” MMC-yə məxsus avtobuslarda dekabr ayı ərzində tapılan sənəd və əşyalar
“BakuBus” MMC-yə məxsus avtobuslarda sərnişinlər tərəfindən unudulan (itirilən) 7 ədəd çanta, 4 ədəd pulqabı, 4 ədəd mobil telefon, 1 ədəd sənədqabı, 1 ədəd çamadan və 1 ədəd jurnal dekabr ayı ərzində sahiblərinə təhvil verilib.
Eyni zamanda, dekabr ayında avtobuslarda tapılan 6 nəfərə məxsus tələbə bileti, 4 nəfərə məxsus şəxsiyyət vəsiqəsi və 2 nəfərə məxsus iş kartı sahiblərinə çatdırılması üçün “Poçtap” xidmətinə təqdim olunub.
Həmçinin, 9 ədəd müxtəlif kart, 3 ədəd açar, 3 ədəd çətir, 2 ədəd pulqabı, 2 ədəd mobil telefon, 1 ədəd çanta, 1 ədəd eynək üçün çərçivə, 1 ədəd yaxa sancağı və 1 ədəd göndəriş Bakı Şəhər Baş Polis İdarəsinə təhvil verilib.
Sahibləri məlum olmayan, içərisində əsasən geyim olan çantalar və digər əşyalar isə “BakuBus” MMC-də saxlanılır. Vətəndaşlar şəxsiyyəti təsdiq edən sənədi təqdim etməklə, özlərinə məxsus əşyaları 3 ay müddətində “BakuBus” MMC-dən təhvil ala bilərlər.
Qeyd edək ki, sərnişinlər avtobuslarda unutduqları (itirdikləri) sənəd və əşyaların “BakuBus” MMC-yə daxil olub-olması barədə www.alo141.az saytından məlumat əldə edə bilərlər. “BakuBus” MMC-yə məxsus avtobuslarda tapılan sənədlərlə əşyaların şəkilləri və müvafiq məlumatlar saytda “İtirilən və tapılan əşyalar” bölməsində yerləşdirilir.
Onu da qeyd edək ki, “BakuBus” MMC avtobuslarda sərnişinlər tərəfindən unudulan (itirilən) sənəd və əşyalara görə məsuliyyət daşımır.


