“BakuBus” MMC-yə məxsus avtobuslarda yanvar ayında tapılan sənəd və əşyalar

10.02.2020

“BakuBus” MMC-yə məxsus avtobuslarda sərnişinlər tərəfindən unudulan (itirilən) 10 ədəd çanta, 2 ədəd pulqabı, 1  ədəd papaq yanvar ayı ərzində sahiblərinə təhvil  verilib. 

Eyni zamanda, yanvar ayında avtobuslarda tapılan 3 nəfərə  məxsus şəxsiyyət vəsiqəsi sahiblərinə çatdırılması üçün “Poçtap” xidmətinə təqdim olunub. 

Həmçinin, 3 ədəd bank kartı, 1 ədəd pulqabı, 1 ədəd  çanta, 1 ədəd mobil telefon, 1 ədəd optik eynək və 1 ədəd açar Bakı Şəhər Baş  Polis İdarəsinə təhvil verilib.

Sahibləri məlum olmayan, içərisində əsasən geyim olan  çantalar və digər əşyalar isə “BakuBus” MMC-də saxlanılır. Vətəndaşlar  şəxsiyyəti təsdiq edən sənədi təqdim etməklə, özlərinə məxsus əşyaları 3 ay  müddətində “BakuBus” MMC-dən təhvil ala bilərlər. 

Qeyd edək ki, sərnişinlər avtobuslarda unutduqları  (itirdikləri) sənəd və əşyaların “BakuBus” MMC-yə daxil olub-olması barədə www.alo141.az saytından məlumat əldə edə bilərlər. “BakuBus” MMC-yəməxsus avtobuslarda tapılan sənədlərlə əşyaların şəkilləri və müvafiq məlumatlar saytda “İtirilən və tapılan əşyalar” bölməsində yerləşdirilir. 

Onu da qeyd edək ki, “BakuBus” MMC avtobuslarda  sərnişinlər tərəfindən unudulan (itirilən) sənəd və əşyalara görə məsuliyyət daşımır.