“BakuBus” MMC-yə məxsus avtobuslarda iyul ayında tapılan sənəd və əşyalar
“BakuBus” MMC-yə məxsus avtobuslarda sərnişinlər tərəfindən unudulan (itirilən) 9 ədəd çanta, 4 ədəd pulqabı, 2 nəfərə məxsus şəxsiyyət vəsiqəsi, 2 ədəd mobil telefon, 2 ədəd qovluq və 1 ədəd eynək iyul ayı ərzində sahiblərinə təhvil verilib.
Eyni zamanda, iyul ayında avtobuslarda tapılan 8 nəfərə məxsus şəxsiyyət vəsiqəsi, 1 nəfərə məxsus əlillik vəsiqəsi, 1 nəfərə məxsus dövlət sosial sığorta şəhadətnaməsi və 1 nəfərə məxsus iş vəsiqəsi sahiblərinə çatdırılması üçün “Poçtap” xidmətinə təqdim olunub.
Həmçinin, 7 ədəd açar, 3 ədəd pulqabı, 1 ədəd mobil telefon, 1 ədəd inqalyator, 1 ədəd pult, 1 ədəd eynək, 1 nəfərə məxsus bank kartı və 1 nəfərə məxsus arayış Bakı Şəhər Baş Polis İdarəsinə təhvil verilib.
Sahibləri məlum olmayan, içərisində əsasən geyim olan çantalar və digər əşyalar isə “BakuBus” MMC-də saxlanılır. Vətəndaşlar şəxsiyyəti təsdiq edən sənədi təqdim etməklə, özlərinə məxsus əşyaları 3 ay müddətində “BakuBus” MMC-dən təhvil ala bilərlər.
Qeyd edək ki, sərnişinlər avtobuslarda unutduqları (itirdikləri) sənəd və əşyaların “BakuBus” MMC-yə daxil olub-olmaması barədə www.alo141.az saytından məlumat əldə edə bilərlər. “BakuBus” MMC-yə məxsus avtobuslarda tapılan sənədlərlə əşyaların şəkilləri və müvafiq məlumatlar saytda “İtirilən və tapılan əşyalar” bölməsində yerləşdirilir.
Onu da qeyd edək ki, “BakuBus”MMC avtobuslarda sərnişinlər tərəfindən unudulan (itirilən) sənəd və əşyalara görə məsuliyyət daşımır.


