“BakuBus” MMC-yə məxsus avtobuslarda sentyabr ayında tapılan sənəd və əşyalar

08.10.2020

“BakuBus” MMC-yə məxsus avtobuslarda sərnişinlər tərəfindən unudulan (itirilən) 16 ədəd çanta, 5 ədəd pulqabı, 1 nəfərə məxsus şəxsiyyət  vəsiqəsi, 1 ədəd açarqabı, 1 ədəd qovluq və 1 ədəd jaket sentyabr ayı ərzində  sahiblərinə təhvil verilib. 

Eyni zamanda, sentyabr ayında avtobuslarda tapılan 6 nəfərə  məxsus şəxsiyyət vəsiqəsi, 1 nəfərə məxsus tələbə bileti və 1 nəfərə məxsus iş vəsiqəsi sahiblərinə çatdırılması üçün “Poçtap” xidmətinə təqdim olunub. 

Həmçinin, 5 ədəd müxtəlif kart, 2 ədəd pulqabı, 1 ədəd  çanta, 1 ədəd eynək və 1 nəfərə aid viza sənədi Bakı Şəhər Baş Polis İdarəsinə  təhvil verilib.

Sahibləri məlum olmayan, içərisində əsasən geyim olan  çantalar və digər əşyalar isə “BakuBus” MMC-də saxlanılır. Vətəndaşlar  şəxsiyyəti təsdiq edən sənədi təqdim etməklə, özlərinə məxsus əşyaları 3 ay müddətində “BakuBus” MMC-dən təhvil ala bilərlər. 

Qeyd edək ki, sərnişinlər avtobuslarda unutduqları  (itirdikləri) sənəd və əşyaların “BakuBus” MMC-yə daxil olub-olmaması barədə www.alo141.az saytından məlumat əldə edə bilərlər. “BakuBus” MMC-yə  məxsus avtobuslarda tapılan sənədlərlə əşyaların şəkilləri və müvafiq  məlumatlar saytda “İtirilən və tapılan əşyalar” bölməsində yerləşdirilir. 

Onu da qeyd edək ki, “BakuBus”MMC avtobuslarda sərnişinlər tərəfindən unudulan (itirilən) sənəd və əşyalara  görə məsuliyyət daşımır.