“BakuBus” MMC-yə məxsus avtobuslarda oktyabr ayında tapılan sənəd və əşyalar

06.11.2020

“BakuBus” MMC-yə məxsus  avtobuslarda sərnişinlər tərəfindən unudulan (itirilən) 16 ədəd çanta, 3 ədəd pulqabı, 1 ədəd kompüter və 1 ədəd mobil telefon  oktyabr ayı ərzində sahiblərinə təhvil verilib. 

Eyni zamanda, oktyabr ayında avtobuslarda tapılan 5 ədəd açar, 3 ədəd   pulqabı, 2 ədəd müxtəlif kart, 1 ədəd eynək və 1 ədəd çətir Bakı Şəhər Baş Polis İdarəsinə təqdim olunub.

Həmçinin, 1 nəfərə məxsus şəxsiyyət vəsiqəsi, 1 nəfərə məxsus dövlət sosial  sığorta şəhadətnaməsi və 1 nəfərə məxsus iş vəsiqəsi sahiblərinə çatdırılması üçün “Poçtap” xidmətinə təhvil verilib. 

Sahibləri məlum olmayan, içərisində əsasən geyim olan çantalar və digər əşyalar isə “BakuBus” MMC-də saxlanılır. Vətəndaşlar şəxsiyyəti təsdiq edən   sənədi təqdim etməklə, özlərinə məxsus əşyaları 3 ay müddətində “BakuBus”MMC-dən təhvil ala bilərlər. 

Qeyd edək ki, sərnişinlər avtobuslarda unutduqları (itirdikləri) sənəd və  əşyaların “BakuBus” MMC-yə daxil olub-olmaması barədə www.alo141.az saytından məlumat əldə edə bilərlər. “BakuBus” MMC-yə məxsus avtobuslarda tapılan sənədlərlə əşyaların şəkilləri və müvafiq məlumatlar saytda “İtirilən və tapılan əşyalar” bölməsində yerləşdirilir. 

Onu da qeyd edək ki, “BakuBus” MMC avtobuslarda sərnişinlər tərəfindən unudulan (itirilən) sənəd və əşyalara görə məsuliyyət daşımır.