“BakuBus” MMC-yə məxsus avtobuslarda noyabr ayında tapılan sənəd və əşyalar

14.12.2020

 “BakuBus” MMC-yə məxsus  avtobuslarda sərnişinlər tərəfindən unudulan (itirilən) 7ədəd çanta, 3 ədəd mobil telefon, 1 ədəd pulqabı, 1ədəd kompüter və 1 nəfərə məxsus iş vəsiqəsi noyabr ayı ərzində sahiblərinə  təhvil verilib. 

Eyni zamanda, noyabr ayında avtobuslarda tapılan 8 ədəd çətir, 4 ədəd pulqabı, 4 ədəd müxtəlif kart və 1 ədəd eynək Bakı Şəhər Baş Polis İdarəsinə təqdim olunub.

Həmçinin, 4 nəfərə məxsus şəxsiyyət vəsiqəsi, 1 nəfərə məxsus ilkin hərbi  qeydiyyata alınma haqqında vəsiqə və 1 nəfərə məxsus iş vəsiqəsi sahiblərinə  çatdırılması üçün “Poçtap” xidmətinə təhvil verilib. 

Sahibləri məlum olmayan, içərisində əsasən geyim olan çantalar və digər  əşyalar isə “BakuBus” MMC-də saxlanılır. Vətəndaşlar şəxsiyyəti təsdiq edən sənədi təqdim etməklə, özlərinə məxsus əşyaları 3 ay müddətində “BakuBus”MMC-dən təhvil ala bilərlər. 

Qeyd edək ki, sərnişinlər avtobuslarda unutduqları (itirdikləri) sənəd və  əşyaların “BakuBus” MMC-yə daxil olub-olmaması barədə www.alo141.az saytından məlumat əldə edə bilərlər. “BakuBus” MMC-yə məxsus avtobuslarda  tapılan sənədlərlə əşyaların şəkilləri və müvafiq məlumatlar saytda “İtirilən  və tapılan əşyalar” bölməsində yerləşdirilir. 

Onu da qeyd edək ki, “BakuBus” MMC avtobuslarda sərnişinlər tərəfindən  unudulan (itirilən) sənəd və əşyalara görə məsuliyyət daşımır.