“BakuBus” MMC-yə məxsus avtobuslarda dekabr ayında tapılan sənəd və əşyalar
“BakuBus” MMC-yə məxsus avtobuslarda sərnişinlər tərəfindən unudulan (itirilən) 12 ədəd çanta, 4 ədəd mobil telefon, 3 ədəd pulqabı və 2 ədəd sənədqabı dekabr ayı ərzində sahiblərinə təhvil verilib.
Eyni zamanda, dekabr ayında avtobuslarda tapılan 9 nəfərə məxsus şəxsiyyət vəsiqəsi, 1 nəfərə məxsus iş vəsiqəsi və 1 nəfərə məxsus tibbi müayinə kartı sahiblərinə çatdırılmaq üçün “Poçtap” xidmətinə təqdim olunub.
Həmçinin, 3 ədəd müxtəlif kart, 2 ədəd çanta, 2 ədəd pult və 1 ədəd bloknot Bakı Şəhər Baş Polis İdarəsinə təhvil verilib.
Sahibləri məlum olmayan, içərisində əsasən geyim olan çantalar və digər əşyalar isə “BakuBus” MMC-də saxlanılır. Vətəndaşlar şəxsiyyəti təsdiq edən sənədi təqdim etməklə, özlərinə məxsus əşyaları 3 ay müddətində “BakuBus”MMC-dən təhvil ala bilərlər.
Qeyd edək ki, sərnişinlər avtobuslarda unutduqları (itirdikləri) sənəd və əşyaların “BakuBus” MMC-yə daxil olub-olmaması barədə www.alo141.az saytından məlumat əldə edə bilərlər. “BakuBus” MMC-yə məxsus avtobuslarda tapılan sənədlərlə əşyaların şəkilləri və müvafiq məlumatlar saytda “İtirilən və tapılan əşyalar” bölməsində yerləşdirilir.
Onu da qeyd edək ki, “BakuBus” MMC avtobuslarda sərnişinlər tərəfindən unudulan (itirilən) sənəd və əşyalara görə məsuliyyət daşımır.



