“BakuBus” MMC-yə məxsus avtobuslarda fevral ayında tapılan sənəd və əşyalar

10.03.2021

“BakuBus” MMC-yə məxsus  avtobuslarda sərnişinlər tərəfindən unudulan (itirilən) 11 ədəd çanta, 3 ədəd pulqabı, 1 ədəd mobil telefon və 1 ədəd zərf fevral ayı  ərzində sahiblərinə təhvil verilib. 

Eyni zamanda, fevral ayında avtobuslarda tapılan 4 nəfərə məxsus şəxsiyyət  vəsiqəsi, 3 nəfərə məxsus iş vəsiqəsi, 2 nəfərə məxsus təhsil kartı və 1 ədəd  nikah haqqında şəhadətnamə sahiblərinə çatdırılmaq üçün “Poçtap” xidmətinə  təqdim olunub.

Həmçinin, 3 ədəd çanta, 3 ədəd bank kartı, 2 ədəd mobil telefon, 1 ədəd sırğa, 1 ədəd sənəd qabı və 1 ədəd açar qabı Bakı Şəhər Baş Polis İdarəsinə təhvil  verilib. 

Sahibləri məlum olmayan, içərisində əsasən geyim olan çantalar və digər əşyalar isə “BakuBus” MMC-də saxlanılır. Vətəndaşlar şəxsiyyəti təsdiq edən sənədi təqdim etməklə, özlərinə məxsus əşyaları 3 ay müddətində “BakuBus”MMC-dən təhvil ala bilərlər. 

Qeyd edək ki, sərnişinlər avtobuslarda unutduqları (itirdikləri) sənəd və  əşyaların “BakuBus” MMC-yə daxil olub-olmaması barədə www.alo141.az saytından məlumat əldə edə bilərlər. “BakuBus” MMC-yə məxsus avtobuslarda tapılan sənədlərlə əşyaların şəkilləri və müvafiq məlumatlar saytda “İtirilən və tapılan əşyalar” bölməsində yerləşdirilir. 

Onu da qeyd edək ki, “BakuBus”MMC avtobuslarda sərnişinlər tərəfindən unudulan (itirilən) sənəd və əşyalara  görə məsuliyyət daşımır.