“BakuBus” MMC-yə məxsus avtobuslarda may ayında tapılan sənəd və əşyalar

07.06.2021

 “BakuBus” MMC-yə məxsus  avtobuslarda sərnişinlər tərəfindən unudulan (itirilən) 8 ədəd çanta, 1 ədəd mobil telefon, 1 ədəd pulqabı və 1 nəfərə məxsus  şəxsiyyət vəsiqəsi may ayı ərzində sahiblərinə təhvil verilib. 

Eyni zamanda, may ayında avtobuslarda tapılan 1 nəfərə məxsus  şəxsiyyət vəsiqəsi sahibinə çatdırılmaq üçün “Poçtap” xidmətinə təqdim olunub.

Həmçinin, 2 ədəd kart, 1 ədəd qovluq, 1 ədəd qızılı rəngdə bilərzik və 1ədəd açar Bakı Şəhər Baş Polis İdarəsinə təhvil verilib. 

Sahibləri məlum olmayan, içərisində əsasən geyim olan çantalar və digər əşyalar isə “BakuBus” MMC-də saxlanılır. Vətəndaşlar şəxsiyyəti təsdiq edən sənədi təqdim etməklə, özlərinə məxsus əşyaları 3 ay müddətində “BakuBus”MMC-dən təhvil ala bilərlər. 

Qeyd edək ki, sərnişinlər avtobuslarda unutduqları (itirdikləri) sənəd və  əşyaların “BakuBus” MMC-yə daxil olub-olmaması barədə www.alo141.az saytından məlumat əldə edə bilərlər. “BakuBus” MMC-yə məxsus avtobuslarda  tapılan sənədlərlə əşyaların şəkilləri və müvafiq məlumatlar saytda “İtirilən  və tapılan əşyalar” bölməsində yerləşdirilir. 

Onu da qeyd edək ki, “BakuBus” MMC avtobuslarda sərnişinlər tərəfindən  unudulan (itirilən) sənəd və əşyalara görə məsuliyyət daşımır.