“BakuBus” MMC-yə məxsus avtobuslarda sentyabr ayında tapılan sənəd və əşyalar

06.10.2021

“BakuBus” MMC-yə məxsus  avtobuslarda sərnişinlər tərəfindən unudulan (itirilən) 9 ədəd çanta, 3 ədəd pulqabı, 1 nəfərə məxsus şəxsiyyət vəsiqəsi, 1 nəfərə məxsus doğum haqqında şəhadətnamə və ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqə sentyabr ayı ərzində sahiblərinə təhvil verilib. 

Eyni zamanda, sentyabr ayında avtobuslarda tapılan 3 nəfərə məxsus  şəxsiyyət vəsiqəsi, 1 nəfərə məxsus Yeni Azərbaycan Partiyasına üzvlük vəsiqəsivə 1 nəfərə məxsus əmək kitabçası  sahiblərinə  çatdırılmaq üçün “Poçtap” xidmətinə təqdim olunub.

Həmçinin, 4 ədəd müxtəlif kart, 2 ədəd pulqabı, 2 ədəd çanta və 1 ədəd qovluq Bakı Şəhər Baş Polis İdarəsinə təhvil verilib. 

Sahibləri məlum olmayan, içərisində əsasən geyim olan çantalar və digər əşyalar isə “BakuBus” MMC-də saxlanılır. Vətəndaşlar şəxsiyyəti təsdiq edən sənədi təqdim etməklə, özlərinə məxsus əşyaları 3 ay müddətində “BakuBus”MMC-dən təhvil ala bilərlər. 

Qeyd edək ki, sərnişinlər avtobuslarda unutduqları (itirdikləri) sənəd və əşyaların “BakuBus” MMC-yə daxil olub-olmaması barədə www.alo141.az saytından məlumat əldə edə bilərlər. “BakuBus” MMC-yə məxsus  avtobuslarda  tapılan sənədlərlə əşyaların şəkilləri və müvafiq məlumatlar saytda “İtirilən  və tapılan əşyalar” bölməsində yerləşdirilir. 

Onu da qeyd edək ki, “BakuBus” MMC avtobuslarda sərnişinlər tərəfindən  unudulan (itirilən) sənəd və əşyalara görə məsuliyyət daşımır.