“BakuBus” MMC-yə məxsus avtobuslarda oktyabr ayında tapılan sənəd və əşyalar

05.11.2021

“BakuBus” MMC-yə məxsus  avtobuslarda sərnişinlər tərəfindən unudulan (itirilən) 20 ədəd çanta, 5 ədəd pulqabı, 2 ədəd mobil telefon, 1 nəfərə məxsus  şəxsiyyət vəsiqəsi, 1 nəfərə məxsus əmək kitabçası və 1nəfərə məxsus iş vəsiqəsi oktyabr ayı ərzində sahiblərinə təhvil verilib. 

Eyni zamanda, oktyabr ayında avtobuslarda tapılan 12 nəfərə məxsus şəxsiyyət vəsiqəsi, 3 nəfərə məxsus peyvənd sertifikatı, 3 nəfərə məxsus  Covid-19 vaksinasiyası üzrə məlumat forması, 1 nəfərə  məxsus Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi, 1 nəfərə  məxsus tələbə kartı, 1 nəfərə məxsus təhsil kartı, 1 nəfərə məxsus sertifikat və 1 nəfərə məxsus iş vəsiqəsi sahiblərinə çatdırılmaq üçün “Poçtap” xidmətinə  təqdim olunub.

Həmçinin, 11 ədəd pulqabı, 3 ədəd çanta, 3 ədəd müxtəlif kart  və 3 ədəd açar Bakı Şəhər Baş Polis İdarəsinə təhvil verilib. 

Sahibləri məlum olmayan, içərisində əsasən geyim olan çantalar və  digər  əşyalar isə “BakuBus” MMC-də saxlanılır. Vətəndaşlar şəxsiyyəti təsdiq  edən sənədi təqdim etməklə, özlərinə məxsus əşyaları 3 ay müddətində “BakuBus”MMC-dən təhvil ala bilərlər. 

Qeyd edək ki, sərnişinlər avtobuslarda unutduqları (itirdikləri) sənəd və  əşyaların “BakuBus” MMC-yə daxil olub-olmaması barədə www.alo141.az saytından məlumat əldə edə bilərlər. “BakuBus” MMC-yə məxsus avtobuslarda  tapılan sənədlərlə əşyaların şəkilləri və müvafiq məlumatlar saytda “İtirilən və tapılan əşyalar” bölməsində yerləşdirilir.  

Onu da qeyd edək ki, “BakuBus” MMC avtobuslarda sərnişinlər tərəfindən  unudulan (itirilən) sənəd və əşyalara görə məsuliyyət daşımır.