“BakuBus” MMC-yə məxsus avtobuslarda noyabr ayında tapılan sənəd və əşyalar

07.12.2021

 

“BakuBus” MMC-yə məxsus avtobuslarda sərnişinlər tərəfindən unudulan (itirilən) 8 ədəd çanta, 1 nəfərə məxsus şəxsiyyət vəsiqəsi, 1 ədəd mobil telefon, 1 ədəd qovluq və 1 ədəd papaq noyabr ayı ərzində sahiblərinə təhvil verilib. 

Eyni zamanda, noyabr ayında avtobuslarda tapılan 3 nəfərə məxsus iş vəsiqəsi, 2 nəfərə məxsus şəxsiyyət vəsiqəsi, 2 nəfərə məxsus nəqliyyat  vasitələrinə sərəncam verilməsi haqqında etibarnamə, 1 nəfərə məxsus tələbə  bileti, 1 nəfərə məxsus orta təhsil haqqında attestat və 1 nəfərə məxsus  Covid-19 vaksinasiyası üzrə məlumat forması sahiblərinə çatdırılmaq üçün“Poçtap” xidmətinə təqdim olunub.

Həmçinin, 3 ədəd pulqabı, 3 ədəd müxtəlif kart, 3 ədəd eynək, 1 ədəd mobil  telefon, 1 ədəd qovluq, 1 ədəd çanta və 1 ədəd açar Bakı Şəhər Baş Polis İdarəsinə təhvil verilib. 

Sahibləri məlum olmayan, içərisində əsasən geyim olan çantalar və digər  əşyalar isə “BakuBus” MMC-də saxlanılır. Vətəndaşlar şəxsiyyəti təsdiq edən  sənədi təqdim etməklə, özlərinə məxsus əşyaları 3 ay müddətində “BakuBus”MMC-dən təhvil ala bilərlər. 

Qeyd edək ki, sərnişinlər avtobuslarda unutduqları (itirdikləri) sənəd və əşyaların “BakuBus” MMC-yə daxil olub-olmaması barədə www.alo141.az saytından məlumat əldə edə bilərlər. “BakuBus” MMC-yə məxsus avtobuslarda  tapılan sənədlərlə əşyaların şəkilləri və müvafiq məlumatlar saytda “İtirilən və tapılan əşyalar” bölməsində yerləşdirilir. 

Onu da qeyd edək ki, “BakuBus” MMC avtobuslarda sərnişinlər tərəfindən unudulan (itirilən) sənəd və əşyalara görə məsuliyyət daşımır.