“BakuBus” MMC-yə məxsus avtobuslarda dekabr ayında tapılan sənəd və əşyalar

11.01.2022

“BakuBus” MMC-yə məxsus  avtobuslarda sərnişinlər tərəfindən unudulan (itirilən) 11 ədəd çanta, 5 ədəd pulqabı və 1 ədəd qovluq dekabr ayı ərzində  sahiblərinə təhvil verilib. 

Eyni zamanda, dekabr ayında avtobuslarda tapılan 8 nəfərə məxsus şəxsiyyət  vəsiqəsi, 2 nəfərə məxsus sürücülük vəsiqəsi, 2 nəfərə məxsus iş vəsiqəsi və 1 nəfərə  məxsus tibbi müayinə kartı sahiblərinə çatdırılmaq üçün “Poçtap” xidmətinə  təqdim olunub.

Həmçinin, 4 ədəd müxtəlif kart, 1 ədəd pulqabı, 1 ədəd sənədqabı, 1 ədəd çanta, 1 ədəd gümüş üzük və 1 ədəd eynək Bakı Şəhər Baş Polis İdarəsinə təhvil  verilib. 

Sahibləri məlum olmayan, içərisində əsasən geyim olan çantalar və digər əşyalar isə “BakuBus”  MMC-də saxlanılır. Vətəndaşlar şəxsiyyəti təsdiq edən sənədi təqdim etməklə, özlərinə məxsus əşyaları 3 ay müddətində “BakuBus”MMC-dən təhvil ala bilərlər. 

Qeyd edək ki, sərnişinlər avtobuslarda unutduqları (itirdikləri) sənəd və  əşyaların “BakuBus” MMC-yə daxil olub-olmaması barədə www.alo141.az saytından məlumat əldə edə bilərlər. “BakuBus” MMC-yə məxsus avtobuslarda  tapılan sənədlərlə əşyaların şəkilləri və müvafiq məlumatlar saytda “İtirilən  və tapılan əşyalar” bölməsində yerləşdirilir. 

Onu da qeyd edək ki, “BakuBus” MMC avtobuslarda sərnişinlər tərəfindən unudulan (itirilən) sənəd və əşyalara görə məsuliyyət daşımır.