“BakuBus” MMC-yə məxsus avtobuslarda yanvar ayında tapılan sənəd və əşyalar

09.02.2022

“BakuBus” MMC-yə məxsus  avtobuslarda sərnişinlər tərəfindən unudulan (itirilən) 7 ədəd çanta, 1 ədəd pulqabı, 1 ədəd mobil telefon, 1 ədəd eynək, 1 ədəd  papaq və 1 nəfərə məxsus şəxsiyyət vəsiqəsi yanvar ayı ərzində sahiblərinə  təhvil verilib. 

Eyni zamanda, yanvar ayında avtobuslarda tapılan 5 nəfərə məxsus şəxsiyyət  vəsiqəsi sahiblərinə çatdırılmaq üçün “Poçtap” xidmətinə təqdim olunub.

Həmçinin, 5 ədəd pulqabı, 3 ədəd müxtəlif kart, 2 ədəd çanta, 1 ədəd qovluq  və 1 ədəd qulaqcıq üçün qab Bakı Şəhər Baş Polis İdarəsinə təhvil  verilib. 

Sahibləri məlum olmayan, içərisində əsasən geyim olan çantalar və digər  əşyalar isə “BakuBus” MMC-də saxlanılır. Vətəndaşlar şəxsiyyəti təsdiq edən sənədi təqdim etməklə, özlərinə məxsus əşyaları 3 ay müddətində “BakuBus”MMC-dən təhvil ala bilərlər. 

Qeyd edək ki, sərnişinlər avtobuslarda unutduqları (itirdikləri) sənəd və  əşyaların “BakuBus” MMC-yə daxil olub-olmaması barədə www.alo141.az saytından məlumat əldə edə bilərlər. “BakuBus” MMC-yə məxsus avtobuslarda tapılan sənədlərlə əşyaların şəkilləri və müvafiq məlumatlar saytda “İtirilən  və tapılan əşyalar” bölməsində yerləşdirilir. 

Onu da qeyd edək ki, “BakuBus” MMC avtobuslarda sərnişinlər tərəfindən  unudulan (itirilən) sənəd və əşyalara görə məsuliyyət daşımır.