“BakuBus” MMC-yə məxsus avtobuslarda fevral ayında tapılan sənəd və əşyalar

11.03.2022

“BakuBus” MMC-yə məxsus  avtobuslarda sərnişinlər tərəfindən unudulan (itirilən) 13 ədəd çanta, 6 ədəd pulqabı, 2 ədəd oyuncaq, 1 ədəd qovluq, 1 ədəd papaq və1 cüt ayaqqabı fevral ayı ərzində sahiblərinə təhvil verilib. 

Eyni zamanda, fevral ayında avtobuslarda tapılan 5 nəfərə məxsus şəxsiyyət  vəsiqəsi və 1 nəfərə məxsus pasport sahiblərinə çatdırılmaq üçün “Poçtap”xidmətinə təqdim olunub.

Həmçinin, 2 ədəd pulqabı, 1 ədəd çanta, 1 ədəd mobil telefon, 1 ədəd adaptr  üçün başlıq, 1 ədəd açar və 1 nəfərə məxsus peyvənd sertifikatı Bakı Şəhər Baş  Polis İdarəsinə təhvil verilib. 

Sahibləri məlum olmayan, içərisində əsasən geyim olan çantalar və digər  əşyalar isə “BakuBus” MMC-də saxlanılır. Vətəndaşlar şəxsiyyəti təsdiq edən  sənədi təqdim etməklə, özlərinə məxsus əşyaları 3 ay müddətində “BakuBus”MMC-dən təhvil ala bilərlər. 

Qeyd edək ki, sərnişinlər avtobuslarda unutduqları (itirdikləri) sənəd və  əşyaların “BakuBus” MMC-yə daxil olub-olmaması barədə www.alo141.az saytından məlumat əldə edə bilərlər. “BakuBus” MMC-yə məxsus avtobuslarda  tapılan sənədlərlə əşyaların şəkilləri və müvafiq məlumatlar saytda “İtirilən və tapılan əşyalar” bölməsində yerləşdirilir. 

Onu da qeyd edək ki, “BakuBus” MMC avtobuslarda sərnişinlər tərəfindən  unudulan (itirilən) sənəd və əşyalara görə məsuliyyət daşımır.