“BakuBus” MMC-yə məxsus avtobuslarda mart ayında tapılan sənəd və əşyalar

06.04.2022

 

“BakuBus” MMC-yə məxsus avtobuslarda sərnişinlər tərəfindən unudulan (itirilən) 11 ədəd çanta, 4 ədəd pulqabı, 1 ədəd sənədqabı və 1 ədəd açar mart ayı  ərzində sahiblərinə təhvil verilib. 

Eyni zamanda, mart ayında avtobuslarda tapılan 5 nəfərə məxsus şəxsiyyət vəsiqəsi və 1 nəfərə məxsus hərbi bilet sahiblərinə çatdırılmaq üçün “Poçtap” xidmətinə təqdim olunub.

Həmçinin, 5 ədəd pulqabı, 2 ədəd çanta, 1 ədəd qovluq, 1 ədəd mobil telefon, 1 ədəd kart, 1 ədəd eynək və 1 ədəd açar Bakı Şəhər Baş Polis İdarəsinə təhvil verilib. 

Sahibləri məlum olmayan, içərisində əsasən geyim olan çantalar və digər  əşyalar isə “BakuBus” MMC-də saxlanılır. Vətəndaşlar şəxsiyyəti təsdiq edən  sənədi təqdim etməklə, özlərinə məxsus əşyaları 3 ay müddətində “BakuBus”MMC-dən təhvil ala bilərlər. 

Qeyd edək ki, sərnişinlər avtobuslarda unutduqları (itirdikləri) sənəd və  əşyaların “BakuBus” MMC-yə daxil olub-olmaması barədə www.alo141.az saytından məlumat əldə edə bilərlər. “BakuBus” MMC-yə məxsus avtobuslarda tapılan sənədlərlə əşyaların şəkilləri və müvafiq məlumatlar saytda “İtirilən və tapılan əşyalar” bölməsində yerləşdirilir. 

Onu da qeyd edək ki, “BakuBus” MMC avtobuslarda sərnişinlər tərəfindən  unudulan (itirilən) sənəd və əşyalara görə məsuliyyət daşımır.