“BakuBus” MMC-yə məxsus avtobuslarda iyun ayında tapılan sənəd və əşyalar

08.07.2022

“BakuBus” MMC-yə məxsus avtobuslarda sərnişinlər tərəfindən unudulan (itirilən) 8 ədəd çanta, 3 ədəd mobil telefon və 1 ədəd pulqabı iyun ayı ərzində sahiblərinə təhvil verilib. 

Eyni zamanda, iyun ayında avtobuslarda tapılan 5 nəfərə məxsus şəxsiyyət vəsiqəsi, 1 nəfərə məxsus hərbi bilet, 1 nəfərə məxsus iş vəsiqəsi və 1 ədəd nikah haqqında şəhadətnamə sahiblərinə çatdırılmaq üçün “Poçtap” xidmətinə  təqdim olunub.

Həmçinin, 5 ədəd müxtəlif kart, 4 ədəd eynək, 3 ədəd pulqabı, 3 ədəd çanta,1 ədəd mobil telefon, 1 ədəd qovluq və 1 ədəd qol saatı Bakı Şəhər Baş Polis  İdarəsinə təhvil verilib. 

Sahibləri məlum olmayan, içərisində əsasən geyim olan çantalar və digər  əşyalar isə “BakuBus” MMC-də saxlanılır. Vətəndaşlar şəxsiyyəti təsdiq edən sənədi təqdim etməklə, özlərinə məxsus əşyaları 3 ay müddətində “BakuBus”MMC-dən təhvil ala bilərlər. 

Qeyd edək ki, sərnişinlər avtobuslarda unutduqları (itirdikləri) sənəd və əşyaların “BakuBus” MMC-yə daxil olub-olmaması barədə www.alo141.az saytından məlumat əldə edə bilərlər. “BakuBus” MMC-yə məxsus avtobuslarda  tapılan sənədlərlə əşyaların şəkilləri və müvafiq məlumatlar saytda “İtirilən  və tapılan əşyalar” bölməsində yerləşdirilir. 

Onu da qeyd edək ki, “BakuBus” MMC avtobuslarda sərnişinlər tərəfindən  unudulan (itirilən) sənəd və əşyalara görə məsuliyyət daşımır.