“BakuBus” MMC-yə məxsus avtobuslarda iyul ayında tapılan sənəd və əşyalar

05.08.2022

 

“BakuBus” MMC-yə məxsus  avtobuslarda tapılan 6 ədəd pulqabı, 5 ədəd çanta, 1 ədəd kompüter,1 ədəd kiçik həcmli soyuducu, 1 ədəd araba, 1 ədəd gödəkçə və 1 nəfərə məxsus  vəsiqə iyul ayı ərzində sahiblərinə təhvil verilib. 

Eyni zamanda, iyul ayında avtobuslarda sərnişinlər tərəfindən unudulan (itirilən) 58 ədəd istifadə edilmiş lotereya bileti, 4 ədəd pulqabı, 3 ədəd çanta, 3 ədəd açar, 2 ədəd müxtəlif kart və 1 ədəd eynək Bakı Şəhər Baş Polis İdarəsinə təhvil verilib. 

Sahibləri məlum olmayan, içərisində əsasən geyim olan çantalar və digər əşyalar isə “BakuBus” MMC-də saxlanılır. Vətəndaşlar şəxsiyyəti təsdiq edən  sənədi təqdim etməklə, özlərinə məxsus əşyaları 3 ay müddətində “BakuBus”MMC-dən təhvil ala bilərlər. 

Qeyd edək ki, sərnişinlər avtobuslarda unutduqları (itirdikləri) sənəd və əşyaların “BakuBus” MMC-yə daxil olub-olmaması barədə www.alo141.az saytından məlumat əldə edə bilərlər. “BakuBus” MMC-yə məxsus avtobuslarda tapılan sənədlərlə əşyaların şəkilləri və müvafiq məlumatlar saytda “İtirilən  və tapılan əşyalar” bölməsində yerləşdirilir. 

Onu da qeyd edək ki, “BakuBus” MMC avtobuslarda sərnişinlər tərəfindən unudulan (itirilən) sənəd və əşyalara görə məsuliyyət daşımır.