“BakuBus” MMC-yə məxsus avtobuslarda avqust ayında tapılan sənəd və əşyalar

23.09.2022

 “BakuBus” MMC-yə məxsus avtobuslarda sərnişinlər tərəfindən unudulan (itirilən) 9 ədəd çanta, 6 ədəd pulqabı, 1 ədəd mobil telefon, 1 ədəd qulaqcıq və 1  nəfərə məxsus müayinə kağızları avqust ayı ərzində sahiblərinə təhvil  verilib. 

Eyni zamanda, 9 ədəd müxtəlif kart, 5 ədəd pulqabı, 3 nəfərə məxsus  şəxsiyyət vəsiqəsi, 3 ədəd açar, 1 ədəd çanta və 1 ədəd sənədqabı Bakı Şəhər Baş Polis İdarəsinin Tapıntılar bürosuna təhvil verilib. 

Sahibləri məlum olmayan, içərisində əsasən geyim olan çantalar və digər  əşyalar isə “BakuBus” MMC-də saxlanılır. Vətəndaşlar şəxsiyyəti təsdiq edən sənədi təqdim etməklə, özlərinə məxsus əşyaları 3 ay müddətində “BakuBus”MMC-dən təhvil ala bilərlər. 

Qeyd edək ki, sərnişinlər avtobuslarda unutduqları (itirdikləri) sənəd və əşyaların “BakuBus” MMC-yə daxil olub-olmaması barədə www.alo141.az saytından məlumat əldə edə bilərlər. “BakuBus” MMC-yə məxsus avtobuslarda tapılan sənədlərlə əşyaların şəkilləri və müvafiq məlumatlar saytda “İtirilən və tapılan əşyalar” bölməsində yerləşdirilir. 

Onu da qeyd edək ki, “BakuBus” MMC avtobuslarda sərnişinlər tərəfindən  unudulan (itirilən) sənəd və əşyalara görə məsuliyyət daşımır.