FAQ
Müntəzəm sərnişindaşıma fəaliyyəti ilə məşğul olan daşıyıcıların avtobuslarında hər hansı şəxsi əşyanız itərsə, neçə nömrəli marşrutda, hansı istiqamətdə əşyanızın itməsi və avtobusun dövlət qeydiyyat nişanı barədə məlumat vermək lazımdır. Daşıyıcı və ya daşıyıcının səlahiyyətli nümayəndəsi bu barədə məlumatlandırılır və itən əşya tapıldıqda aidiyyəti üzrə təhvil verilir.
Müntəzəm avtobus marşrutlarında sərnişin özü ilə ayrıca yer tutmadan gediş haqqı ödənilmədən 5 yaşa qədər bir uşaq aparmaq hüququna malikdir.
Avtobusun salonunda, sərnişinin yanında aparılan baqajın qorunub saxlanılmasına sərnişin özü cavabdehdir.
İlk növbədə Vergilər Nazirliyindən və ya “Asan” xidmətin vergi bölməsindən VÖEN əldə olunur, daha sonra bu VÖEN-ə əsasən istənilən bank filialına yaxınlaşmalı, 18 manat rüsum ödəməlisiniz. Bu rüsumu ödədiyinizi təsdiq edən qəbz, texpasport, lizinq (varsa) sənədi və etibarnamə ilə yaxınlaşıb Aeroport şosesində (Hava Limanı istiqamətində 1-ci SOCAR YDM yaxınlığı) Heydər Əliyev pr. 240 ünvanında yerləşən Bakı Nəqliyyat Agentliyinin tabeliyində olan "Fərqlənmə nişanı" binasından ala bilərsiniz.
Bakı Nəqliyyat Agentliyinin Nizamnaməsinin 3.1.19.-cu yarımbəndinə uyğun olaraq, Bakı şəhərinin inzibati ərazisində taksi fəaliyyəti göstərən hüquqi və fiziki şəxslərə "Fərqlənmə nişanı"nı Bakı Nəqliyyat Agentliyi verir.
Hər bir avtobusun üzərində və daxilində eyniləşdirmə nömrəsi qeyd edilib. Şəhər və ya mobil nömrələrdən 141 nömrəsinə zəng edərək birbaşa olaraq müraciətinizi edə bilərsiniz.
Bir küçə boyunca quraşdırılan svetoforlara eyni anda proqram təminatı vasitəsi ilə yaşıl dalğa əmrinin tətbiq edilməsilə küçədə (yolda) nəqliyyatın orta hərəkət sürətinin artmasına nail olaraq yaranmış sıxlığı aradan qaldırırıq.
İnzibatı Xətalar Məcəlləsinə görə Ümumi istifadədə olan nəqliyyat vasitəsini sərnişinləri mindirmək və ya düşürtmək üçün bu məqsəd ilə xüsusi olaraq müəyyən edilmiş dayanacaq meydançalarından və ya 5.12, 5.13 nişanları ilə işarələnmiş dayanacaq yerlərindən kənarda dayandırmağa görə yüz manat məbləğində cərimə edilir.