Əsas yollarda sürət həddi endirildi

13.10.2017
Faktiki hava şəraitində nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə paytaxtın əsas magistral yolları Heydər Əliyev prospekti-Hava Limanı və Zığ dairəsi-Hava Limanı yollarında hər iki istiqamətdə bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. Sürüclərə tövsiyə edilir ki, hərəkətdə olan zaman hava şəraitini nəzərə almaqla sürət həddinə əməl etsinlər.