“BakuBus” avtobuslarında dekabrda tapılan sənəd və əşyalar
Dekabr ayında BNA-nın tabeliyində fəaliyyət göstərən “BakuBus” MMC-yə məxsus avtobuslarda sərnişinlər tərəfindən unudulan (itirilən) 9 ədəd çanta, 8 ədəd pulqabı, 3 ədəd mobil telefon, 5 nəfərə məxsus şəxsiyyət vəsiqəsi və digər sənədlər sahiblərinə təhvil verilib. Eyni zamanda, sahiblərinə çatdırılması üçün 21 sənəd, kart və əşya Bakı Şəhər Baş Polis İdarəsinə, 10 sənəd isə “Poçtap” xidmətinə təqdim olunub.
Həmçinin, dekabrda avtobuslarda tapılan Vüsalə Söhbət qızı Qurbanovaya məxsus şəxsiyyət vəsiqəsi və plastik kart, Günel Rəfail qızı Quliyeva və Xanım Astanovaya məxsus tələbə biletləri, İlhamə Quliyeva, Zenfira Əfəndiyeva, Günay Adıgözəlova, Elxan Nağıyev və Elmin Şıxılıya məxsus bank kartları, Dilarə Faiq qızı Cəlilovaya məxsus tibbi sığorta kartı və Elnurə Hüseynovaya məxsus iş kartı “BakuBus” MMC-dədir. Həmçinin, içərisində Əliəkbər Bəhram oğlu Babayev, Rauf Şərifov və Əlibala Dadaşova məxsus sənədlər olan pulqabılar, Aygün Elbrus qızı Qocayeva və Elman Mirbala oğlu Rəfiyevə məxsus sənədlər olan çantalar, eləcə də sahibləri məlum olmayan əşyalar “BakuBus”MMC-də saxlanılır.
Vətəndaşlar “BakuBus” MMC-yə müraciət edərək özlərinə məxsus sənəd və əşyaları təhvil ala bilərlər.
Qeyd edək ki, “BakuBus” MMC avtobuslarda sərnişinlər tərəfindən unudulan (itirilən) sənəd və əşyalara görə məsuliyyət daşımır.


