“BakuBus” MMC-yə məxsus avtobuslarda avqust ayı ərzində tapılan sənəd və əşyalar

10.09.2019

Avqust ayı ərzində “BakuBus” MMC-yə məxsus avtobuslarda sərnişinlər tərəfindən unudulan (itirilən) 8 ədəd çanta, 8 ədəd açar,

7 ədəd pulqabı, 2 ədəd mobil telefon, 1 ədəd qovluq, 1 ədəd kitab və 1 ədəd qeyd dəftəri sahiblərinə təhvil verilib.

Eyni zamanda, sahiblərinə çatdırılması üçün 4 nəfərə məxsus şəxsiyyət vəsiqəsi, 1 nəfərə məxsus sürücülük vəsiqəsi, 1 nəfərə məxsus dövlət sosial sığorta şəhadətnaməsi və 1 nəfərə məxsus oxucu kartı “Poçtap” xidmətinə təqdim olunub.

Həmçinin, 9 ədəd eynək, 7 ədəd pulqabı, 4 ədəd mobil telefon, 4 ədəd açar, 3 ədəd müxtəlif kart, 1 ədəd qovluq, 1 ədəd boyunbağı, 1 ədəd sırğa və 1 ədəd çətir Bakı Şəhər Baş Polis İdarəsinə təhvil verilib.

Sahibləri məlum olmayan, içərisində əsasən geyim olan çantalar və digər əşyalar “BakuBus” MMC-də saxlanılır. Vətəndaşlar şəxsiyyəti təsdiq edən sənədi təqdim etməklə, özlərinə məxsus əşyaları 3 ay müddətində “BakuBus” MMC-dən təhvil ala bilərlər.

Qeyd edək ki, sərnişinlər avtobuslarda unutduqları (itirdikləri) sənəd və əşyaların “BakuBus” MMC-yə daxil olub-olması barədə www.alo141.az saytından məlumat əldə edə bilərlər. “BakuBus” MMC-yə məxsus avtobuslarda tapılan sənədlərlə əşyaların şəkilləri və müvafiq məlumatlar saytda “İtirilən və tapılan əşyalar” bölməsində yerləşdirilir.

Onu da qeyd edək ki, “BakuBus” MMC avtobuslarda sərnişinlər tərəfindən unudulan (itirilən) sənəd və əşyalara görə məsuliyyət daşımır.