“BakuBus” MMC-yə məxsus avtobuslarda fevral ayında tapılan sənəd və əşyalar

19.03.2020

“BakuBus” MMC-yə məxsus avtobuslarda sərnişinlər tərəfindən unudulan (itirilən) 9 ədəd çanta, 7 ədəd pulqabı, 2  ədəd mobil telefon, 2 nəfərə məxsus iş kartı, 1 nəfərə məxsus tələbə bileti, 1ədəd noutbuk, 1 ədəd sənədqabı və 1 ədəd üzərində “Smart Payment” (SOCAR“Azəriqaz” İB) yazılan kart fevral ayı ərzində sahiblərinə təhvil  verilib. 

Eyni zamanda, fevral ayında avtobuslarda tapılan 4 nəfərə məxsus şəxsiyyət vəsiqəsi, 2 nəfərə məxsus tələbə bileti və 1 nəfərə  məxsus iş kartı sahiblərinə çatdırılması üçün “Poçtap” xidmətinə təqdim  olunub. 

Həmçinin, 16 ədəd açar, 5 ədəd müxtəlif kart, 3 ədəd  optik eynək, 2 ədəd pulqabı, 1 ədəd metal üzük, 1 ədəd qırıq vəziyyətdə olan  gümüş qolbaq və 1 ədəd təsbeh Bakı Şəhər Baş Polis İdarəsinə təhvil verilib.

Sahibləri məlum olmayan, içərisində əsasən geyim olan  çantalar və digər əşyalar isə “BakuBus” MMC-də saxlanılır. Vətəndaşlar   şəxsiyyəti təsdiq edən sənədi təqdim etməklə, özlərinə məxsus əşyaları 3 ay  müddətində “BakuBus” MMC-dən təhvil ala bilərlər. 

Qeyd edək ki, sərnişinlər avtobuslarda unutduqları(itirdikləri) sənəd və əşyaların “BakuBus” MMC-yə daxil olub-olması barədə www.alo141.az saytından məlumat əldə edə bilərlər. “BakuBus” MMC-yə  məxsus avtobuslarda tapılan sənədlərlə əşyaların şəkilləri və müvafiq  məlumatlar saytda “İtirilən və tapılan əşyalar” bölməsində yerləşdirilir. 

Onu da qeyd edək ki, “BakuBus” MMC avtobuslarda sərnişinlər tərəfindən unudulan (itirilən) sənəd və əşyalara görə məsuliyyət  daşımır.