“BakuBus” MMC-yə məxsus avtobuslarda aprel ayında tapılan sənəd və əşyalar

21.05.2021

“BakuBus” MMC-yə məxsus  avtobuslarda sərnişinlər tərəfindən unudulan (itirilən) 9 ədəd çanta, 2 ədəd mobil telefon, 1 ədəd bloknot, 1 ədəd hüquqi şəxsin  dövlət qeydiyyatı haqqında şəhadətnamə və 1 ədəd eynək üçün qab aprel ayı  ərzində sahiblərinə təhvil verilib. 

Eyni zamanda, aprel ayında avtobuslarda tapılan 6 nəfərə məxsus şəxsiyyət vəsiqəsi, 1 nəfərə məxsus əmək kitabçası, 1 nəfərə məxsus tələbə bileti, 1 nəfərə  məxsus futbolçu lisenziyası və 1 nəfərə məxsus elektron sağlamlıq kartı sahiblərinə  çatdırılmaq üçün “Poçtap” xidmətinə təqdim olunub.

Həmçinin, 2 ədəd çanta, 2 ədəd pulqabı və 1 ədəd açar Bakı Şəhər Baş Polis İdarəsinə təhvil verilib. 

Sahibləri məlum olmayan, içərisində əsasən geyim olan çantalar və digər  əşyalar isə “BakuBus” MMC-də saxlanılır. Vətəndaşlar şəxsiyyəti təsdiq edən  sənədi təqdim etməklə, özlərinə məxsus əşyaları 3 ay müddətində “BakuBus”MMC-dən təhvil ala bilərlər. 

Qeyd edək ki, sərnişinlər avtobuslarda unutduqları (itirdikləri) sənəd və  əşyaların “BakuBus” MMC-yə daxil olub-olmaması barədə www.alo141.az saytından məlumat əldə edə bilərlər. “BakuBus” MMC-yə məxsus avtobuslarda  tapılan sənədlərlə əşyaların şəkilləri və müvafiq məlumatlar saytda “İtirilən  və tapılan əşyalar” bölməsində yerləşdirilir. 

Onu da qeyd edək ki, “BakuBus” MMC avtobuslarda sərnişinlər tərəfindən unudulan (itirilən) sənəd və əşyalara görə məsuliyyət daşımır.