“BakuBus” MMC-yə məxsus avtobuslarda iyun ayında tapılan sənəd və əşyalar

08.07.2021

 

“BakuBus” MMC-yə məxsus  avtobuslarda sərnişinlər tərəfindən unudulan (itirilən) 10 ədəd çanta, 5 ədəd pulqabı, 3 ədəd mobil telefon, 1 ədəd flaşkart, 1ədəd açar və 1 nəfərə məxsus şəxsiyyət vəsiqəsi iyun ayı ərzində sahiblərinə  təhvil verilib. 

Eyni zamanda, iyun ayında avtobuslarda tapılan 2 nəfərə məxsus iş vəsiqəsi sahiblərinə çatdırılmaq üçün “Poçtap” xidmətinə təqdim olunub.

Həmçinin, 16 ədəd açar, 2 ədəd pulqabı, 1 ədəd çanta, 1 ədəd mobil telefon,1 ədəd bank kartı və 1 ədəd qulaqcıq Bakı Şəhər Baş Polis İdarəsinə təhvil  verilib. 

Sahibləri məlum olmayan, içərisində əsasən geyim olan çantalar və digər əşyalar isə “BakuBus” MMC-də saxlanılır. Vətəndaşlar şəxsiyyəti təsdiq edən sənədi təqdim etməklə, özlərinə məxsus əşyaları 3 ay müddətində “BakuBus”MMC-dən təhvil ala bilərlər. 

Qeyd edək ki, sərnişinlər avtobuslarda unutduqları (itirdikləri) sənəd və  əşyaların “BakuBus” MMC-yə daxil olub-olmaması barədə www.alo141.az saytından məlumat əldə edə bilərlər. “BakuBus” MMC-yə məxsus avtobuslarda tapılan sənədlərlə əşyaların şəkilləri və müvafiq məlumatlar saytda “İtirilən və tapılan əşyalar” bölməsində yerləşdirilir. 

Onu da qeyd edək ki, “BakuBus” MMC avtobuslarda sərnişinlər tərəfindən  unudulan (itirilən) sənəd və əşyalara görə məsuliyyət daşımır.