“BakuBus” MMC-yə məxsus avtobuslarda avqust ayında tapılan sənəd və əşyalar

08.09.2021

“BakuBus” MMC-yə məxsus  avtobuslarda sərnişinlər tərəfindən unudulan (itirilən) 9 ədəd çanta, 4 ədəd pulqabı və 2 ədəd mobil telefon avqust ayı ərzində sahiblərinə təhvil verilib. 

Eyni zamanda, avqust ayında avtobuslarda tapılan 3 nəfərə məxsus şəxsiyyət  vəsiqəsi sahiblərinə çatdırılmaq üçün “Poçtap” xidmətinə təqdim olunub.

Həmçinin, 4 ədəd açar, 3 ədəd pulqabı, 1 ədəd qovluq və 1 ədəd eynək Bakı  Şəhər Baş Polis İdarəsinə təhvil verilib. 

Sahibləri məlum olmayan, içərisində əsasən geyim olan çantalar və digər  əşyalar isə “BakuBus” MMC-də saxlanılır. Vətəndaşlar şəxsiyyəti təsdiq edən sənədi təqdim etməklə, özlərinə məxsus əşyaları 3 ay müddətində “BakuBus” MMC-dən təhvil ala bilərlər. 

Qeyd edək ki, sərnişinlər avtobuslarda unutduqları (itirdikləri) sənəd və  əşyaların “BakuBus” MMC-yə daxil olub-olmaması barədə www.alo141.az saytından məlumat əldə edə bilərlər. “BakuBus” MMC-yə məxsus avtobuslarda tapılan sənədlərlə əşyaların şəkilləri və müvafiq məlumatlar saytda “İtirilən və tapılan əşyalar” bölməsində yerləşdirilir. 

Onu da qeyd edək ki, “BakuBus” MMC avtobuslarda sərnişinlər tərəfindən unudulan (itirilən) sənəd və əşyalara görə məsuliyyət daşımır.