“BakuBus” MMC-yə məxsus avtobuslarda may ayında tapılan sənəd və əşyalar
“BakuBus” MMC-yə məxsus avtobuslarda sərnişinlər tərəfindən unudulan (itirilən) 9 ədəd çanta, 5 ədəd pulqabı, 1 ədəd qol saatı və 1 ədəd musiqi aləti olan tuba may ayı ərzində sahiblərinə təhvil verilib.
Eyni zamanda, may ayında avtobuslarda tapılan 2 nəfərə məxsus şəxsiyyət vəsiqəsi, 2 nəfərə məxsus tələbə bileti, 1 nəfərə məxsus təhsil kartı və 1 nəfərə məxsus müharibə iştirakçısı vəsiqəsi sahiblərinə çatdırılmaq üçün “Poçtap”xidmətinə təqdim olunub.
Həmçinin, 9 ədəd pulqabı, 7 ədəd müxtəlif kart, 1 ədəd sənədqabı, 1 ədəd çanta, 1 ədəd mobil telefon, 1 ədəd qulaq üçün eşitmə aparatı və 1 ədəd eynək Bakı Şəhər Baş Polis İdarəsinə təhvil verilib.
Sahibləri məlum olmayan, içərisində əsasən geyim olan çantalar və digər əşyalar isə “BakuBus” MMC-də saxlanılır. Vətəndaşlar şəxsiyyəti təsdiq edən sənədi təqdim etməklə, özlərinə məxsus əşyaları 3 ay müddətində “BakuBus”MMC-dən təhvil ala bilərlər.
Qeyd edək ki, sərnişinlər avtobuslarda unutduqları (itirdikləri) sənəd və əşyaların “BakuBus” MMC-yə daxil olub-olmaması barədə www.alo141.az saytından məlumat əldə edə bilərlər. “BakuBus” MMC-yə məxsus avtobuslarda tapılan sənədlərlə əşyaların şəkilləri və müvafiq məlumatlar saytda “İtirilən və tapılan əşyalar” bölməsində yerləşdirilir.
Onu da qeyd edək ki, “BakuBus” MMC avtobuslarda sərnişinlər tərəfindən unudulan (itirilən) sənəd və əşyalara görə məsuliyyət daşımır.



