HAQQIMIZDA

Bakı Nəqliyyat Agentliyinin 141 qaynar xətti, həftənin 7 günü 24 saat olmaqla ictimai nəqliyyat ilə bağlı hər növ şikayət, təklif və iradların, məlumat xarakterli sorğuların qəbul olunması, qeydə alınması və aidiyyəti üzrə şöbələrə göndərilməsi sahəsində fəaliyyət göstərir. 

Hər gün orta hesabla 250-300 zəng qaynar xəttə daxil olur ki, bunların 65%-i şikayət, 34%-i məlumat və 1%-i təklif xarakterli sorğulardır. Bütün müraciətlər operatorlar tərəfindən qeydə alınır.  Qeyd edək ki, təklif xarakterli zənglər Bakı Nəqliyyat Agentliyinin əməkdaşları tərəfindən araşdırılır və gələcəkdə onların həyata keçirilməsinin mümkün olub-olmamasına baxılır. 

Bundan başqa şikayət və irad xarakterli sorğular nəzərə alınaraq müzakirə olunur və onların həlli istiqamətində işlərə başlanılır. Agentliyin fəaliyyətinə aid olmayan zənglər, sorğular isə müvafiq aidiyyəti orqanlara yönləndirilir.